Xəbər verdiyimiz kimi, Bodrumda yaşayan Belarus əsilli İ.S.Y. noyabrın 25-də Bodrum Rayon Polis Şöbəsinə müraciət edərək 3 gündür rusiyalı daşınmaz əmlak agenti dostu İrina Dvizova ilə əlaqə saxlaya bilmədiyini bildirib. Yaşayış qeydləri, bilet qeydləri və xaricə getmələri ilə bağlı məlumatı olmayan qadın və qızının axtarışına başlanılıb.
Axtarışlardan sonra ötən gün ana və qızın cəsədləri tapılıb. İlkin yarılmada ananın 3 güllə, qızının isə 2 güllə ilə öldürüldüyü müəyyən edilib.
Rus əsilli ana və qızının öldürülməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətlin şübhəlisi qismində keçmiş həyat yoldaşı müəyyən edilib.
Qatil şübhəlisi olan keçmiş həyat yoldaşının ananı 3 güllə, qızını isə 2 güllə ilə öldürdüyü, cinayət silahını zibil qabına atdığı, daha sonra xaricə qaçdığı öyrənilib.
Qətl şübhəlisinin tutulması üçün beynəlxalq yazışmaların aparılacağı da bildirilib.
Günel