Boks üzrə dünya çempionu vəfat etdi

Boks üzrə dünya çempionu vəfat etdi
İDMAN
10:05 22.03.2025
310

Amerikalı boksçu Corc Forman 76 yaşında vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə onun yaxınları instaqramda bildiriblər.

"Formanın 21 mart 2025-ci il tarixində sevdiklərinin əhatəsində dinc şəkildə dünyasını dəyişdiyini bildiririk", - keçmiş idmançının sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Qeyd edək ki, Corc Forman 1949-cu ildə ABŞ-də anadan olub. O, iki dəfə ağır çəki üzrə dünya çempionu olub və 1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Boksçu karyerasını bitirdikdən sonra o, vaiz və sahibkar olub.

OXŞAR XƏBƏRLƏR