Britaniyalı boksçu rinqdə ölüb.
Keçirdiyi heç bir oyunda məğlub olmayan orta çəkili boksçu Maykl Norqrouv 31 yaşında Londonda keçirdiyi döyüş zamanı rinqdə ölüb. Norqrouvun martın 28-də Tom Bouenlə qarşılaşmasında başından zədə aldığı bildirilir. Boksçu qəfil yerə yıxılıb və hospitala yerləşdirilib. Onun beynində əməliyyat aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb.