Boksçularımız ermənilərin dərsini verdi

Boksçularımız ermənilərin dərsini verdi
İDMAN
00:36 27.02.2015
1431
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.Yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz ümidləri doğrultmayıb. O, ukraynalı Dmitri Zamotayevlə görüşdən məğlub ayrılıb – 1:2.Milli komandamızın üzvü Elvin İsayev (60 kq) ikinci döyüşündə də qalib gəlib. Son Azərbaycan çempionu Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyan üzərində qələbə qazanıb – 3:0. E.İsayev 1/4 finalda tailandlı Saylom Ardee ilə üz-üzə gələcək.Yığmamızın Kuba əsilli üzvü Lorenzo Sotomayor da (64 kq) erməni boksçunu mübarizədən kənarlaşdırıb. O, Hovanes Baçkovu 2:1 hesabı ilə üstələyib. L.Sotomayorun 1/4 finaldakı rəqibi braziliyalı Joedison de Xesus olacaq.69 kq çəki dərəcəsində çıxış edən Roman Zakirov “Baku Fires” klubundan yaxşı tanıdığımız Belarusu təmsil edən Məhəmməd Nuruddinova uduzub – 0:3.Kamran Şahsuvarlı (75 kq) ilk görüşdə Qazaxıstan milli komandasının üzvü Rüstəm Svayevə məğlub olub – 0:3.London olimpiadasının iştirakçısı Vətən Hüseynli də (81 kq) yarışa məğlubiyyətlə başlayıb. Həmyerlimiz İsveçrə təmsilçisi Uke Smajli ilə bacara bilməyib – 0:3.Qadın boksçularımız da “Strandja” turnirində çıxışlarına başlayıblar. Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə dueldən məğlub ayrılıb – 0:3.Dünya çempionatının gümüş mükafatçısı Yana Alekseyeva ilk görüşdə bolqarıstanlı Svetlana Kamenova ilə qarşılaşıb. Bərabər döyüşdən sonra hakimlər qələbəni yerli idmançıya veriblər.Milli komandamızın digər üzvü Anna Əlimərdanova isə (54 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Yunanıstan təmsilçisi Aikaterini Koutsoqeorqoponu mübarizədən kənarlaşdırıb – 2:1. A.Əlimərdanova növbəti mərhələdə amerikalı Kristina Kruzla qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu