Boksçumuz döyüşmədən finala çıxdı

İDMAN
18:06 20.04.2012
1430
Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində finala vəsiqəni təmin edib.
 Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, boksçumuz yarımfinalda Gürcüstan təmsilçisi Merab Turkadze ilə döyüşməli idi. Ancaq Turkadze zədələndiyindən yarımfinala çıxmayıb.Belə də həmyerlimiz birbaşa finala vəsiqəni təmin edib. Abdulhəmidov həlledici döyüşdə Denis Ceylan (Danimarka) – Pavlo İşenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR