London Olimpiadasında ilk döyüşünü keçirən Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun qələbəsi əlindən alınıb.Gün.Az xəbər verir ki, 1/8 finalda yaponiyalı Şatozi Şimizuya ilə görüşdə M.Abdülhəmidov qalib elan olunsa da, sonradan onu nəticəsi ləğv edilib.İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb.O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub.