Boliviyada mədəndə baş verən qəzada 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Boliviya polisi məlumat yayıb.
Açıqlamaya əsasən, La Paz şəhərindən təxminən 149 kilometr aralıda yerləşən Larecaja bölgəsində mədənin çökməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Oksana