Cənubi Amerika ölkəsi olan Boliviyada şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Boliviyanın şərqindəki Santa Kruz bölgəsində başlayan şiddətli yağışlar nəticəsində Pirai çayı daşıb.
El Torno və ətraf şəhərlərdə daşqınlar baş verib.
Mülki müdafiə nazirinin müavini Alfredo Troşe 20 nəfərin öldüyünü, 24 nəfərin isə itkin düşdüyünü bildirib.
Troşe həmçinin əlavə edib ki, ən azı 300 nəfər helikopterlə xilas edilib və indiyə qədər Pirai çayı ətrafındakı ərazidən təxminən 2100 ailə təxliyə edilib.
Hakimiyyət orqanları hava şəraitinin yaxşılaşması və suyun səviyyəsinin azalması ilə xilasetmə işlərinin yaxın günlərdə daha asan olacağını gözləyir.
Gülay










































