Bank of Baku və Mastercard-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin qalibləri mükafatlandırıldı.
AZXEBER.COM xəbər verir ki, alış-veriş həvəskarlarının sevincinə səbəb olan kampaniyanın şərtlərinə əsəsən, 20 sentyabr – 20 dekabr 2018-ci il tarixləri arasında, Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 1 müştəri - Tural Kazımov möhtəşəm hədiyyənin sahibi oldu. O, Bank of Baku tərəfindən İSTANBULA 2 NƏFƏRLİK SƏYAHƏT paketi ilə (gediş-dönüş bileti, otel, transfer xidməti və səyahət sığortası) mükafatlandırıldı.
Xərclədikcə qazandıran "Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” müsabiqəsinin bir digər şərtinə əsasən isə kampaniya müddəti – yəni 4 ay ərzində hər ay Bolkart Mastercard kartı ilə ən çox alış-veriş edən 3 müştəri pul mükafatı qazandı.
Belə ki, sentyabr ayında 5 fərqli POS-terminaldan ümumilikdə 100 AZN və daha çox məbləğdə ən çox alış-veriş edən,
* Əsgərov Afiq – 250 AZN BAL;
* Əhmədov Ravil– 150 AZN BAL;
* Aslanov Orxan– 100 AZN BAL;
Oktyabr ayında ən çox alış-veriş edən,
* Həsənova Xalidə - 250 AZN BAL;
* Məmmədov Oqtay– 150 AZN BAL;
* Məsimov İsmayıl – 100 AZN BAL;
Noyabr ayında ən çox alış-veriş edən,
* Musayeva Gülşən – 250 AZN BAL;
* Hüseynzadə Kamal – 150 AZN BAL;
* Rzayeva Nərminə – 100 AZN BAL;
Dekabr ayında ən çox alış-veriş edərək qalib olan,
* Əliyeva Adilə - 250 AZN BAL;
* Aşurova Xədicə – 150 AZN BAL;
* Qocayeva Elnurə – 100 AZN BAL HƏDİYYƏ qazandı.
Qazanılan BAL-lar Bank of Baku tərəfindən müştərilərin kart hesablarına yerləşdirildi. Xatırlatmaq lazımdır ki, 1 BAL=1 AZN dəyərindədir və müştərilər balanslarındakı BAL-ların miqdarı müqabilində pulsuz alış-veriş edə bilərlər.
Böyük maraq və diqqəti özündə toplayan kampaniya dövrü ərzində ümumilikdə 13 müştəri qalib oldu.
Daha ətraflı:
145 Məlumat Mərkəzi