Bollivud aktyoru və rejissoru Manoj Kumar 87 yaşında dünyasını dəyişib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Manoj Kumar müalicə aldığı Mumbaydakı Kokilaben Dhirubhai Ambani xəstəxanasında dünyasını dəyişib.
Xəstəxanadan olan Dr. Santoş Şetti aktyorun "yaşla bağlı sağlamlıq problemləri" səbəbindən öldüyünü açıqlayıb.
Qeyd edək ki, hindistanlı aktyor "Şəhid", "Roti Kapada Aur Makaan" və "Kranti" kimi filmlərdəki işi ilə tanınır.
Oksana