“Bolmart” şirkəti “Johnson & Johnson” məhsullarının satışını dayandırdı - VİDEO

“Bolmart” şirkəti “Johnson & Johnson” məhsullarının satışını dayandırdı - VİDEO
İQTİSADİYYAT
22:15 03.11.2020
694

"Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edənlər siyahısına "Bolmart” supermarket şəbəkəsi də qatılıb. 

Supermarket şəbəkəsi sözügedən şirkətin bütün məhsullarını satışdan yığışdırdığını bəyan edib. 

Bu təşəbbüsün səbəbi "Johnson & Johnson” şirkətinin sosial media paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasıdır. 

Xatırladaq ki, "Johnson & Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunu təbliğ edib.
 

OXŞAR XƏBƏRLƏR