Bolqarıstan Avropa İttifaqı Komissiyasına üzv olmaq üçün öz namizədlərini seçib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan hakimiyyəti Yekaterin Mixaylova və Yulian Popovun adlarını Avropa İttifaqı (Aİ) Komissiyasına üzvlüyə namizədlər kimi təqdim edib.
Bolqarıstanın baş naziri Dimitar Qlavçev ölkə parlamentinin ona təqdim etdiyi namizədlər siyahısından Mixaylova və Popovu seçdiyini bəyan edib.
Qlavçev bildirib ki, Mixaylovanın namizədliyi keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar partiyası tərəfindən irəli sürülüb.
Mixaylova müxtəlif hökumətlərdə xarici işlər naziri, ədliyyə naziri və regional inkişaf naziri vəzifələrində çalışıb.
Parlamentin ikinci ən böyük siyasi qüvvəsi olan Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan alyansı tərəfindən namizədliyi irəli sürülən Yuliyan Popov, keçmiş baş nazir Nikolay Denkovun ötən il qurulan hökumətində ekologiya naziri vəzifəsində çalışıb.
Cəmalə