Bolqarıstan ilk dəfə Ukraynaya hərbi texnika göndərdi

Bolqarıstan ilk dəfə Ukraynaya hərbi texnika göndərdi
DÜNYA
19:07 14.07.2023
234
Bolqarıstan ilk dəfə Ukraynaya hərbi texnika yardımı edib.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukraynaya hərbi yardımı artırmaq planlarını açıqlayan Bolqarıstan əsasən zirehli transportyorlardan ibarət 100 zirehli texnikanın daxil olduğu böyük birdəfəlik hərbi yardım paketi göndərib. Məlumata görə, bu, rəsmi Sofiyanın Kiyevə ağır texnika ilə bağlı ilk rəsmi qərarıdır.

Bu hərbi texnika 1980-ci illərdə Bolqarıstan hakimiyyəti tərəfindən alınsa da, heç vaxt istifadə edilməyib.
OXŞAR XƏBƏRLƏR