Bolqarıstan rəhbərliyi Rusiya diplomatlarına sərt cavab verdi

Bolqarıstan rəhbərliyi Rusiya diplomatlarına sərt cavab verdi
DÜNYA
19:40 01.07.2022
367
Bolqarıstan rəhbərliyi Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliklərinin 70 əməkdaşının Bolqarıstanı tərk etməli olduğu barədə qərarı ləğv etmək tələbini yerinə yetirməkdən imtina edib.

Bunu Bolqarıstan Baş naziri səlahiyyətlərini icra edən Kiril Petkov deyib.

"Biz xarici diplomatların Bolqarıstan dövlətinə ultimatum verməsinə imkan verməyəcəyik”, - siyasətçi bildirib.

İyulun 1-nə keçən gecə Rusiya səfirliyi Bolqarıstan hökumətindən diplomatik nümayəndəliklərinin 70 əməkdaşının iyulun 3-dək ölkəni tərk etməli olduğu barədə qərarın ləğvini tələb edib:

"Əks halda Rusiya rəhbərliyindən dərhal Rusiyanın Sofiyadakı səfirliyinin bağlanması tələb olunacaq ki, bu da avtomatik olaraq Bolqarıstanın Moskvadakı səfirliyinin bağlanması deməkdir”.

Xatırladaq ki, iyunun sonunda Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə işləyən rusiyalı diplomatların sayını Rusiyadakı bolqar diplomatların sayından çox olmayan həddə qədər azaltmaq qərarına gəlib. Ümumilikdə 50-yə yaxın rusiyalı diplomat Bolqarıstanda işləməyə davam etməlidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR