Bolqarıstan Ukraynaya silah yardımı etmək qərarına gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan parlamenti Rusiyanın müharibə apardığı Ukraynaya silah yardımı etmək qərarına gəlib.
240 üzvlü Assambleyada səsvermə 155 lehinə, 49 əleyhinə olmaqla bir deputat bitərəf qalıb.
Rusiyayönlü keçmiş kommunist partiyasının xətti ilə siyasət aparan Bolqarıstan Sosialist Partiyasının (BSP) 25 və Ukrayna müharibəsində Rusiyanın tərəfində olan populist Dirçəliş partiyasının 27 üzvündən ibarət qruplar səsvermədə iştirak etməyib.
Səsvermə zamanı hər iki partiyanın deputatları "silahlara yox” və "sülh” yazılan plakatlar qaldırıblar.
Qərara əsasən, Bolqarıstan hökuməti bir aya qədər Ukraynaya hərbi və texniki yardımı nəzərdə tutan layihə paketini parlamentə göndərəcək.
Ayşən