Bolqarıstanın baş nazirindən Rusiya qarşı sözlər: "Ukrayna qalib gələcək"

Bolqarıstanın baş nazirindən Rusiya qarşı sözlər: "Ukrayna qalib gələcək"
DÜNYA
17:03 29.04.2022
596
Bolqarıstanın baş naziri Ukraynanın müharibədə qalib gələcəyini bildirir.

AZXEBER.COM xəbər verir ki, Bolqarıstanın baş naziri Kirill Petkov əmindir ki, Ukrayna Rusiya Federasiyasının başlatdığı müharibədə qalib gələcək. Petkov bunu Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə brifinqi zamanı deyib.

Bolqarıstan hökumətinin başçısı Ukrayna hakimiyyətinə təkcə Ukraynaya deyil, bütün azad dünyaya rəhbərlik etdiklərinə görə təşəkkür edib:

"Ukrayna bu müharibədə qalib gələcək və bütün demokratik ölkələr sizin tərəfinizdə olacaq. Məncə, heç bir şübhə yoxdur ki, bu, baş verəcək”.

Eyni zamanda, Bolqarıstanın baş naziri qeyd edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyat deyil, dinc əhaliyə qarşı müharibə başladıb:

"Ətrafında hərbiçi olmayan bombalanmış yaşayış binalarını görəndə çox təsirləndim. Bu gün gördüyüm ən təsirli görüntü rus ordusunun  vurduğu yaşayış binasının dağıntıları arasında uşaq oyuncağı idi. Buna görə də mən deyə bilmərəm ki, bu, hərbi əməliyyatdır. Mən bunu mülki şəxslərə qarşı müharibə adlandırıram”.

Ayşən

OXŞAR XƏBƏRLƏR