"Bolt" sürücüləri narazıdırlar: Xidmət haqqı qalxdı, gəlirlər azaldı

SOSİAL
22:32 16.12.2024
234
Son günlər sosial media platformalarında "Bolt" taksi xidməti ilə bağlı ciddi narazılıq müzakirə mövzusudur.

Sürücülər iddia edirlər ki, şirkət komissiya haqqını 30%-ə qədər artırıb və bu da onların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

"Bolt"un xidmət haqqı artıq 33%-ə çatıb. Komissiya olduğu kimi qalır, xidmət haqqı isə qalxıb. Əvvəllər 10 manatlıq gediş haqqına görə 30 qəpik tuturdularsa, indi bu məbləğ üç manata qədər artıb. Özlərinə deyəndə isə deyirlər ki, o pul sizin deyil. Guya normalda sifarişinizin qiyməti, məsələn, altı manatdırsa, onlar yeddi yazırlar və bizdən tutduqları həmin o bir manatdır. Əslində isə belə olmadığını bütün taksi sürücüləri bilirlər. Əvvəllər hər 10 manatlıq sifarişə görə şirkətə bir manat ödəyirdiksə, indi bu rəqəm üç manata çatıb", - deyə sürücü şikayətlənib.

"Bolt" sürücüləri hesab edirlər ki, şirkət süni şəkildə xidmət haqqını artırır və bunun müştərilərin ödədiyi məbləğə heç bir aidiyyəti yoxdur.

"Bolt Azərbaycan" şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.

"Azərbaycanda minlərlə sürücü "Bolt"un tətbiqi vasitəsilə həm yerli sakinlərə, həm də ölkəmizin qonaqlarına xidmət göstərir. Şirkət olaraq, sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi olaraq məlumatlandırma aparırıq.

"Bolt" sürücülər üçün əməkdaşlıq şərtlərini yaxşılaşdırmağa və gəlir səviyyəsini artırmağa çalışır. Bazar tələblərini nəzərə alaraq, onlar üçün optimal təkliflər hazırlayırıq ki, daha çox qazanc və kifayət qədər sifariş qəbul edə bilsinlər.

Sorğunuzla bağlı bildiririk ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.

Ümumilikdə qeyd etmək istərdik ki, "Bolt" komissiya dərəcəsini dəyişdirmək hüququna malikdir. Bununla yanaşı, sürücülər də istədikləri zaman platformaya qoşulmaq və ya fəaliyyəti dayandırmaq hüququna sahibdirlər. Biz isə sürücülərin ehtiyaclarına hörmətlə yanaşır və bu cür dəyişikliklər barədə onları əvvəlcədən məlumatlandırırıq", - deyə açıqlamada vurğulanır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:32 11.02.2025

Beynəlxalq Elmi Konfransın materialları kitab şəklində çap olunub

16:27 11.02.2025

Tədris və iş bir arada – Kristal Abşeron və "Changers Academy"dən möhtəşəm fürsət!

16:24 11.02.2025

"Trampın Qəzza planı savaş elanıdır" - Fələstin rəsmiləri

16:21 11.02.2025

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü – FOTOLAR

16:17 11.02.2025

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək

16:16 11.02.2025

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi

16:15 11.02.2025

Qəzzada ölənlərin sayı artdı

15:51 11.02.2025

Bu sosis məhsulunun tərkibində donuz əti DNT-si aşkarlandı - FOTOLAR

15:29 11.02.2025

"Rusiya USAİD-i nə üçün qadağan edibsə, Azərbaycan da "Rus evi"ni buna görə qadağan etdi"

15:21 11.02.2025

DYP-dən metohəssas sürücülərə MÜRACİƏT

15:20 11.02.2025

Rusiyalı blogerin oğlu xəstəxanaya yerləşdirildi

15:06 11.02.2025

"Rus evi": Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük

14:29 11.02.2025

Naftalanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTOLAR

14:20 11.02.2025

Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO

14:15 11.02.2025

"İş saatlarının dəyişdirilməsi tıxacın azalmasına təkan verəcək" - Ekspert

14:09 11.02.2025

İsrail müxalifət lideri:Məhbus mübadiləsinin dayandırılmasına görə o məsuliyyət daşıyır