Boltun rekordunu qırdı

Boltun rekordunu qırdı
İDMAN
21:21 18.04.2025
917
Cənubi afrikalı atlet Akani Simbine 100 metr məsafəni 10 saniyədən az müddətdə qaçdığı mövsümə görə dünya rekordunu qırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Pulse Sports” məlumat yayıb.

İdmançı bunu Botsvanada keçirilən "Qızıl Qran Pri” turnirində məsafəni 9,90 saniyəyə qət edərək bacarıb.

Belə ki, bu rekord 10 saniyəyə 10 mövsüm keçirən yamaykalı Useyn Bolta məxsus idi.

Qeyd edək ki, U. Bolt 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) qaçışda dünya rekordlarına sahibdir. 2017-ci ildə təqaüdə çıxıb.
OXŞAR XƏBƏRLƏR