"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan

"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan
MAQAZİN
11:37 21.10.2025
122
"Duetlərdən sonra reytinq verdiyimə görə məni efirlərə dəvət etdilər".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib.
 
"İncə səhər" verilişində qonaq olan sənətçi, meyxanaçılar ilə efirə çıxmaq istəməməsi fikrinə aydınlıq gətirib:
 
"Mən hər kəs ilə efirə çıxmışam. Meyxanaçılar ilə efirə getməkisdəməməyimə səbəb isə orada gedən söhbətləri eşitmək istəməməyimdir. Mən o mövzuların içində olmaq istəmirəm. Hamıya hörmətim var və mən sadəcə öz işimdə, gücümdəyəm. T
 
anınmayan vaxtı heç bir efir məni dəvət etmirdi. Bir gün dedilər ki, gəl verilişə təmənnasız qonaq kimi qatıl. Getdim borca pul götürdüm, paltar tikdirdim, ona uyğun ayaqqabı aldım. Gecə zəng elədilər və dedilər ki, müdiriyyət tərəfindən efirə çıxmağıma icazə verilməyib, ödəniş etməliyəm. Həmin günü mən çox pis oldum və çox ağladım. Amma duetlərimdən sonra reytinq verdiyimə görə efirər başladı məni təmənnasız dəvət eləməyə və mən Pərviz Bülbülə ilə çıxdım verilişlərə".
 
Aysel
OXŞAR XƏBƏRLƏR