Borçalıdakı soydaşlarımıza kitab yardımı kampaniyası başladı

MƏDƏNİYYƏT
16:55 10.04.2013
1421
Borçalıdakı soydaşlarımıza kitab yardımı kampaniyası başladıAZXEBER.COM-un məlumatına görə, toplanılan kitabların bu ayın sonuna kimi Gürcüstana göndərilməsi planlaşdırılırHədəf Nəşrləri Gürcüstanın Borçalı bölgəsində soydaşlarımızın təhsil aldığı məktəblərdəki kitab qıtlığını aradan qaldırmaq, soydaşlarımızın maariflənməsinə dəstək məqsədi ilə keçirilən "Kitabını paylaş, soydaşlarının təhsilinə dəstək ol" kampaniyasına qoşuldu.Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, Borçalıdakı soydaşlarımız üçün təqdim olunan yardım aşağıdakı kimidir:1. Bütün fənlər üzrə test topluları (9, 10 və 11-ci siniflər üçün) - 200 ədəd2. İxtisas qrupları üzrə sınaq imtahanı kitabçaları - 600 ədəd3. Bloknotlar - 100 ədəd4. Bədii kitablar - 50 ədəd5. Dərs vəsaitləri və testlər - 30 ədəd6. Orta siniflər üçün (5, 6, 7,8 test topluları - 50 ədəd7. Bütün məktəblilər üçün Hədəf Kurslarının "İSQ" aylıq tədris jurnalının son buraxılışı - 100 ədədKitab toplama kampaniyası Marneuli rayonu Sadaxlı kənd orta məktəbinin şagirdlərini kitablarla təchiz etmək məqsədilə keçirilir. Gənc soydaşlarımızın Azərbaycan dili, Ədəbiyyat və Azərbaycan tarixi kitablarına daha çox ehtiyacı var. Bununla yanaşı bədii ədəbiyyatla da məktəbli dostlarımızı sevindirə bilərik. Gürcüstandakı gənclərimizə bədii ədəbiyyat və dərslikləri çatdırmaqda və bununla da onların normal təhsilini davam etməsində kömək etməyi düşünürük.Kampaniya hələ davam edir. Təşkilatçıların sözlərinə görə, toplanılan kitabların bu ayın sonuna kimi Gürcüstana göndərilməsi planlaşdırılır. Dəstək olmaq istəyənlər [email protected]/* */

OXŞAR XƏBƏRLƏR