Ermənistanın baş naziri Ovik Abramyanın başçılıq elədiyi nümayəndə heyətinin ABŞ-da, 10-12 oktyabrda Beynəlxalq Bankın və Beynəlxalq Valyuta Fondunun illik tədbirində iştirakı nəticəsində 711 milyon dollarlıq kredit paketi haqda anlaşma əldə edilib.
Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu kredit hesabına Ermənistanda 13 proqramın həyata keçirilməsi nəzərdə tutulub.
Beləliklə, son kredit həcmi ilə işğalçı ölkənin xarici borcu 5 milyard dollara yaxınlaşıb. Bu, Ermənistanın illik büdcəsindən artıqdır - hərçənd, iqtisadiyyat naziri Karen Çşmartyan narahatlıq üçün əsas olmadığını söyləyib. Əlbəttə ki, bu borc onun və övladlarının cibindən yox, sadə ermənilərin belindən çıxarılacaq.