Boris Conson əməliyyat olundu

Boris Conson əməliyyat olundu
DÜNYA
20:51 20.06.2022
323
Boris Conson əməliyyat olunub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazirliyin ofisindən verilən məlumatda deyilir.

"O, sinusları ilə əlaqəli adi bir prosedur üçün bu gün yerli vaxtla səhər saat 6:00 radələrində Londonda xəstəxanalardan birinə gedib və saat 10:00 radələrində "Downing Street"ə qayıdıb””, xəbərdə deyilir.

Baş nazirin ofisi ümumi anesteziya altında keçirilən kiçik bir əməliyyatdan sonra hazırda Boris Consonun istirahət etdiyini bildirib.

Baş nazir çərşənbə axşamı yenidən işinə qayıdacaq. Bu vaxta qədər isə qəbul edilməsi tələb olunan hər hansı əhəmiyyətli qərarlar Baş nazirin müavini Dominik Raab tərəfindən qəbul ediləcək.
OXŞAR XƏBƏRLƏR