Boris Conson İlham Əliyevə məktub ünvanlayıb

Boris Conson İlham Əliyevə məktub ünvanlayıb
SİYASƏT
15:57 16.06.2022
456
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən məktubu təqdim edir:

"IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Sizi təbrik edirəm. Sabiq, indiki və gələcək liderlərə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm imkanı yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

Rusiyanın Ukraynanı qanunsuz və səbəbsiz işğal etməsi məsələsini Forumda əsas müzakirə mövzusu kimi çıxarmaq qərarınızı alqışlayıram. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə yönəlmiş hücumdur. Ukraynanın Mariupol və başqa şəhərlərində amansız qətllər və genişmiqyaslı dağıntılar gələcəyə qorxulu baxış təqdim edir -beynəlxalq hüququn pozulması və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın hərəkətləri təhlükəsizlik və daha geniş dünya üçün çox acı nəticələrə səbəb olacaq - təkcə Putinin mənfur blokadasının qlobal ərzaq təhlükəsizliyinə təsirinə baxmağımız kifayətdir.

Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandıraraq, canlı humanitar və iqtisadi yardım göstərərək və Rusiyanın Ukraynadan geri çəkilməsini təmin edərək birgə cavab tədbirləri görməliyik.
Ətraflı

Siz, həmçinin enerji təhlükəsizliyi və transformasiya məsələsini vurğuladınız. Biz indi enerji təchizatımızın yenidən qurulmasının ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi alternativ təchizatçıların çox böyük rolu var. Eyni zamanda, iqlim dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan enerjiyə böyük sərmayə qoyacaqlar.

Forumdan əlavə, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra biznes üçün açılaraq uğurlu il keçirib, "AVRO 2020" futbol turniri və Formula 1-ə uğurla ev sahibliyi edib. Sizin silahlı qüvvələriniz Kabildə NATO ilə bərabər hava limanında son ana qədər koalisiyanı dəstəkləmək üçün qəhrəmanlıq və peşəkarlıq göstəriblər.

2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi.

Xahiş edirəm, Forumun uğurlu keçməsi ilə bağlı ən xoş arzularımı qəbul edin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər