Boris Conson seçkiyə şəxsiyyət vəsiqəsi olmadan getdi

Boris Conson seçkiyə şəxsiyyət vəsiqəsi olmadan getdi
DÜNYA
15:04 03.05.2024
156
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vəsiqəsini unutduğu üçün dünənki yerli seçkilərdə səs verə bilməyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məlum olub ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun şəxsiyyət vəsiqəsi olmadığı üçün dünən keçirilən yerli seçkilərdə səsverməyə icazə verilməyib.

Cənubi Oksfordşirdə səs verəcək Mühafizəkarlar Partiyasının üzvü Conson etibarlı şəxsiyyət sənədi olmadan seçkiyə gedib. 

Şəxsiyyət vəsiqəsində fotoşəkilin olması öhdəliyi 2022-ci ildə, Johnson hakimiyyətdə olduğu zaman tətbiq edilib.

Keçmiş baş nazir daha sonra şəxsiyyət vəsiqəsini də götürərək yenidən seçkiyə gedib və səs verə bilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR