Boris Conson təcili Kiyevə səfər etmək niyyətində olduğunu açıqladı

Boris Conson təcili Kiyevə səfər etmək niyyətində olduğunu açıqladı
DÜNYA
18:32 21.03.2022
419
Hazırda təhlükəsizlik xidmətləri belə bir səfərin mümkünlüyünü yoxlayır.

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi düşünür.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail” nəşri məlumat verib.

Məlumata görə, bu yolla Britaniyanın baş naziri Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir.

Eyni zamanda o, rəsmilərdən prezident Volodimir Zelenski ilə danışıqlar üçün Ukrayna paytaxtına səfərin praktikliyi və dəyərini araşdırmağı xahiş edib. Xəbərdarlıqlara baxmayaraq, Conson bacararsa "getmək istəyir”.
OXŞAR XƏBƏRLƏR