Borrell israilli nazirin təklifinə reaksiya verdi

Borrell israilli nazirin təklifinə reaksiya verdi
DÜNYA
14:48 23.01.2024
286
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell xarici işlər naziri İsrael Katza reaksiya verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər nazirləri Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.

Görüş zamanı  Katz Yaxın Şərqi Hindistanla birləşdirən dəmir yolu layihəsi və Aralıq dənizində Qəzza sahillərində süni ada layihəsi haqqında videolar nümayiş etdirib.

Katzın nazirlərə göstərdiyi iki video reaksiyaya səbəb olub.

Josep Borrell xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada Katzın iclasdakı münasibətini tənqid edib.

Borrell açıqlamasında Katzın müzakirə olunan mövzularla əlaqəsi olmayan videolar nümayiş etdirdiyini bildirib. 

Nazirlərin Katza İsrailin təhlükəsizliyini təmin edən daimi sülhün Fələstin dövlətinin qurulması ilə mümkün olduğunu söylədiklərini ifadə edən Borell "Bu əlbəttə ki, onun fikrini dəyişmədi və bunun əksini gözləmirdik"- deyə, qeyd edib.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR