Borrell Yaponiyaya gedəcək

Borrell Yaponiyaya gedəcək
DÜNYA
19:56 06.11.2023
171
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Yaponiyaya səfər edəcək.

Bu barədə Aİ-nin Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

Bildirilib ki, Ali Nümayəndə Borrell Yaponiyanın sədrlik etdiyi G7 ölkələrinin Xarici İşlər Nazirlərinin ikinci görüşündə iştirak etmək üçün 7-9 noyabr tarixlərində bu ölkədə səfərdə olacaq.

"Görüş zamanı Ali Nümayəndə Borrell və Yaponiya, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın xarici işlər nazirləri bir sıra aktual xarici siyasət və təhlükəsizlik məsələlərini, xüsusən də Yaxın Şərqdəki vəziyyət, Rusiyanın təcavüzkar müharibəsi qarşısında G7-nin Ukraynaya davamlı dəstəyi və Hind-Sakit okean regionundakı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar. Nazirlər həmçinin Mərkəzi Asiyadan olan həmkarları da daxil olmaqla, beynəlxalq tərəfdaşlarla G7-nin cari və gələcək əməkdaşlığını müzakirə edəcəklər", - Borrellin ofisi bildirib.
OXŞAR XƏBƏRLƏR