Almaniya çempionatında 27-ci turun oyunları keçirilir.Hesabat turunun ilk oyun günündə 1 qarşılaşma baş tutub. Turun açılış matçında “Wolfsburg” “Hamburger” ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən meydan sahibləri qalib çıxıblar. Şənbə günü “Bayern” “Hannover”, “Freiburg” isə “Kaiserslautern” üzərində doğma meydanda qələbə qazanıb. “Mainz” “Hertha”ya uduzub. Elə çempionluq uğrunda mübarizə aparan Münhenqladbax “Borussia”sı da “Hoffenheim”la görüşdə ağır zərbə alıb. “Werder” “Augsburg”la xalları yarı bölüb. “Schalke” isə “Bayer”lə dueldən qalib ayrılıb. Nəhayət, son oyun günündə “Stuttgart” “Nurnberg”, “Cologne” isə Dortmund “Borussia”sını qəbul edəcək. (azerisport.az) Almaniya Bundesliqası27-ci tur23 mart Wolfsburg – Hamburger – 2:1