"Borussiya Dortmund" baş məşqçi Edin Terziçlə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, 41 yaşlı məşqçinin öz istəyi ilə işindən ayrıldığı, qarşılıqlı razılıq əldə edildiyi bildirilib.
Terziç açıqlamasında kluba uğurlar arzulayıb: "Düşünürəm ki, "Borussiya Dortmund" yeni mövsümdə meydanda yeni bir insana sahib olmalıdır. Mən həmişə kluba ən yaxşısını arzulayıram və vidalaşmıram. Görüşərik!".
2021-ci ildə "Borussiya Dortmund"la Almaniya kubokunu qazanan Terziç, 2022-23 mövsümündə liqa çempionluğunu son həftədə "Bavariya"ya uduzdu. Təcrübəli məşqçinin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının finalına yüksələn Almaniya klubu Madrid "Real”ına 2:0 hesabı ilə məğlub olub.
Məryəm