“Boş qalan deputat yerlərinə seçki keçirilə bilər” - Bahar Muradova

“Boş qalan deputat yerlərinə seçki keçirilə bilər” - Bahar Muradova
SİYASƏT
16:31 10.10.2018
3599
"Bilirsiniz ki, hazırda boş qalan deputat yerləri var. Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi haqda müzakirələr məntiqlidir. Bunun da müəyyən proseduru var”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Vitse-spiker bildirib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyada nəzərdə tutulmuş şərtlər ortada deyil.

"Konstitusiyadan kənar da parlamentin hansısa qaydada buraxılması mümkün deyil. Parlamentin buraxılması ilə bağlı fikirlərin sadəcə müzakirə olduğu qənaətindəyəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına (14 saylı Xəzər ikinci seçki dairəsi) xitam verilib.  120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev isə vəfat edib.

Beləliklə də deputatların sayı 125-dən 119-a enib. Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda, parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi