"Boşananda ancaq qadın hüququndan danışılır, kişiləri yada salan yoxdur" - DAĞILAN AİLƏLƏRLƏ BAĞLI ŞOK FAKTLAR

SOSİAL
15:03 28.08.2023
2750
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk beş ayında Azərbaycanda boşanmaların sayı artıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9 040 boşanma halları qeydə alınıb.

Bəs, ölkəmizdə hər il durmadan artan boşanmaların səbəbi nələrdir?
 


AZXERER.COM-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov boşanmanın əsas səbəbinin ailələrdə baş verən zorakılıq faktlarının olduğunu bildirib:

"Zorakılıq faktları, övlad sahibi olmamaq, erkən nikah, sosial şəbəkələr və digər bir sıra məqamları da vurğulamaq olar. Əksər boşanmalar sadaladığım faktorlardan qaynaqlanır. Bu da ailənin dayanıqlı olmasının vacibliyini ortaya çıxarır. Boşanmalar əsasən əhalinin sıx məskunlaşdığı yerlərdə daha çox baş verir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, eləcə də ətraf rayon və şəhərlər boşanmaların ən çox qeydə alındığı ərazilərdir.Boşanmalarda tərəflər əksər hallarda xasiyyət uyğunsuzluğunu əsas gətirirlər. Ancaq biz ailədə tətbiq olunan zorakılıq halları, qadağalar və erkən nikah kimi digər problemlərlə də rastlaşırıq”.

Rafiq Mahmudovun sözlərinə görə ailədaxili konfliktlərdə sosial şəbəkələrin də mənfi təsirləri aydın şəkildə görünür:

"Sosial şəbəkə olmayan dövrdə hazırda müşahidə olunan bir sıra problemlər yox idi. Əksər ailələrdə ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirir, bu da ailə üzvlərinin bir-birinə kifayət qədər vaxt ayırmamasına gətirir və nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır. Hazırda ailədaxili psixoloji problemlərin sayı kifayət qədər çoxdur. Bütün bunlar boşanmaya təsir göstərir”.

AZXEBER.COM-a danışan  Milli Məclisin deputatı Aqil Abbas hesab edir ki, sevgi ilə qurulmayan ailələrdə sonda boşanma qaçınılmazdır:

"Evlənməyin bəlli bir yaşı olmalıdır. İndi evlənmək xatirinə evlənirlər. 18-20  yaşında evlənənlər nə bilir ata olmaq nədir, ana olmaq nədir?! Boşanmanın birinci səbəbi sevilmədən qurulan ailələrdir. Qohum-tanış vasitəsiylə ailələrin qurulması artdığına görə boşanmaların da sayı artır. Deyirlər ki, evlən düzələcək, ancaq elə olmur. Bir-birilərini tanımadan evlədikləri üçün nəticədə ailə dağılır. 
İkinci əsas səbəbi isə iqtisadi şəraitdir. Maddi durumun aşağı olması evdə söz-söhbətin yaranmasına, bu vəziyyətdə nəticədə boşanmaya səbəb olur”. 

Sosioloq Əhməd Qəşəmoğlu isə boşanmalarının artmasını cəmiyyətdə baş verən dəyişikliklə izah edib:


"Bizdə də nikahların sayının azalıb, boşanmaların çox olmasının bir neçə səbəbi var. Təəssüf ki, insanların 30 il əvvələ nisbətən indi ailə haqqında aydın təsəvvürləri yoxdur. 
Əvvəllər stereotiplər var idi, insanlar bilirdilər ki, ailə nədir, ailədə onun vəzifəsi nədir, ailə ona niyə lazımdır. İndi bu barədə təsəvvürlər xeyli azdır. Onun da günahı həm cəmiyyətdə gedən proseslər,  həm də bizim bu prosesləri başlı-başına buraxmağımızdır. Biz bunu qəbul etməliyik ki, cəmiyyət mürəkkəbləşibsə, burada insanlara əlavə məlumat verilib, köməkliklər edilməlidir. Təəssüf ki, biz bu hadisələri başlı-başına buraxmışıq. Ailələrin dağılmasına səbəb cəmiyyətdə gedən proselərdir. Hər hansı davranışın baş verməsində 4 mühüm amil rol oynayır. İnsanın öz fitrəti, mənəvi, psixoloji keyfiyyətləri, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər. İnsanların  sanki ailəyə ehtinasız yanaşmağı vərdiş halına çevrilib. Alınan informasiyalar da arzu olunan deyil”.

Əhməd Qəşəmoğlu bildirib ki, insanların oxuduğu kitablar, baxdığı seriallar, sosial şəbəkələrdə dağıdıcılıq ovqatı yüksək rol oynayır:

"Ancaq bu istiqamətdə heç bir iş görmürük. Azərbaycanda insanlar daima mənəvi dəyərlərə üstünlük verib. İndi mənəvi dəyərlər sıxışdırılmaqdadır.  Qadınlarla kişilərin bir-birinə münasibətində iqtisadi amillər xoşagəlməyən vəziyyətin yaranmasına səbəb olur. Qrant almaq xeyinə, ancaq qadınların hüquqlarından danışılır, kişilər isə yaddan çıxır.  Nə maarifləndirmə, nə kişilərin rəyini öyrənmək var.  Biz bu məsələyə birtərəfli yanaşırıq. Ailəni xilas etməyə yox, tək qadını xilas etməyə çalışırıq. Sosioloji araşdırılmalar aparılmalı, ciddi öyrənilməlidir ki, insanlar niyə boşanır. Boşananların arasında, məhkəmələrdə sorğu keçirmək olar. Həlli üçün konkret elmi metodlardan istifadə edilməlidir. Boşanmanın artması yeni nəslin formalaşmasına vurulan zərbədir. Çünki boşanan ailələrdə uşaqlar valideynlərdən ayrı düşür. Vətəndaşın insan kimi formalaşmasında xeyli problemlər yaranır. Bu da strateji cəhətdən çox təhlükəlidir. Bu məsələyə səhlənkar yanaşmamaq, elmi metodalardan istifadə etmək lazımdır”.

Şəbnəm Zahir 

Yazı Medianın İnkişafı Agentliyinin "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb