Boşandığı arvadının üstünə benzin töküb yandırdı

DÜNYA
13:18 04.04.2014
1111
Birgə münasibətlərinə son verilən kişi boşandıqdan sonra da keçmiş arvadına rahatlıq vermədi.
AZXEBER.COM “Doğan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, İstanbulun Tuzla Esenyeli məhəlləsində Türkiyəni sarsıdan daha bir hadisə qeydə alııb.
Məlumata görə, həyat yoldaşından boşanan Gönül Çalışkan adlı qadın işə gedərkən küçədə keçmiş əri S.Ç. ilə qarşılaşıb.
Sabiq cütlük arasında böyüyən mübahisənin sonunda S.Ç. əlindəki qabda olan benzini G.Çalışkanın üzərinə tökərə ona od vurub.
Kənardan keçənlər qadının köməyinə gəlsələr də, S.Ç. qalan benzini onların üstünə səpərək “Sizi də yandıraram”, deyə təhdid edib.
Bu zaman qadının çantasında özünümüdafiə məqsədi ilə gəzdirdiyi qaz balonu da partlayıb.
Keçmiş ər bundan sonra hadisə yerindən qaçıb, qadın isə ağır yanıqlarla xəstəxanaya çatdırılıb.
Polis hazırda C.Ç.-nin axtarışı ilə məşğuldur.
OXŞAR XƏBƏRLƏR