Boşandığı həyat yoldaşına eşq elan etdi

Boşandığı həyat yoldaşına eşq elan etdi
MAQAZİN
19:23 06.02.2026
363
Müğənni Aynur Dadaşova boşandığı həyat yoldaşı haqda açıqlamasıyla gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, sənətçi "Günə uğurla” verilişində onu hələ də sevdiyini deyib.

"Mən yoldaşımı sevirəm” deyən Aynura həmkarı Nadir Qafarzadə "Sevən ayrılmazdı” sözlərini deyib.
Aynur isə ona "Sevgi də var-dövlətdir. Onu da Allah insana bəxş edir. Heç bir kişi və qadın istəməz ailəsini özü dağıtsın. Allahın yazısına pozu yoxdur” cavabını verib.

Qeyd edək ki, Aynur həyat yoldaşının ona xəyanət etdiyini və ayrıldığını açıqlamışdı. Bir müddət əvvəl isə ifaçı peşman olduğunu deyib. Dadaşovanın bu nikahdan iki övladı var.
OXŞAR XƏBƏRLƏR