2016-cı ildən Çinin "Şanxay SİPG" klubunda çıxış edən Braziliya yığmasının keçmiş hücumçusu Halk qalmaqalla gündəm olub.
Cənubi amerikalı forvard 5 aydır boşandığı həyat yoldaşının qardaşı qızı Kamila ilə görüşməyə başlayıb.
33 yaşli Halk və İran Souza 12 illik evlilik həyatından sonra geridə qalan yay rəsmən ayrılıblar. Cütlüyün bu evlilikdən 3 uşağı var.
///Sportinfo.az