Boşandılar

MAQAZİN
11:47 22.08.2012
2622
Tom Kruzun Keti Holmsla səs-küylü evliliyi rəsmən bitdi. ANS PRESS-in dünya KİV-lərinə istinadən verdiyi məlumata görə, Nyu-York məhkəməsi son qərarı dünən imzalayıb.Holms 5 illik evlilikdən sonra iyun ayında sensasialı şəkildə boşanma haqqında məhkəməyə müraciət etmişdi. 33 yaşlı aktrisa boşanma səbəbi kimi “uzlaşılmaz fikir ayrılığı”nı gətirmişdi və məhkəmədən 6 yaşlı qızları Suri üçün himayədarlıq və ilkin yaşayış himayədarlığı tələb etmişdi.Bundan başqa cültük rəsmi olaraq keçən ay belə bir bəyanat vermişdi:“Biz qızımız Surinin maraqlarını əsas götürüb valideyn olaraq bir yerdə olmağa qərar vermişik. Ailəmizə aid olan hər şeyi özəl saxlamaq istəyirik və bir-birimizin qərar və düşüncələrinə hörmətlə yanaşıb valideyn olaraq bir-birimizə dəstək verməyə çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR