Boşanmaların sayında azalma müşahidə edilir.
AZXEBER.COM "Xəzər tv”ə istinadən xəbər verir ki, son illərin statistikalarında boşanmaların artan templə davam etdiyinin şahidi olurduq, amma ötən ilki rəqəmlər bir qədər ürəkaçandır.
Belə ki, 2022-ci ildə ölkədə boşanma halları 10% azalıb. Nikaha daxil olanların sayı isə 60 mini keçib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin söbə müdiri Elgün Səfərov boşanmaların əsasən məişət zorakılığı, narkamaniya, sonsuzluq kimi problemlərə görə baş verdiyini deyib.
Lakin sosial təminat, səhiyyə və insan hüquqları müdafiəsi üzrə aparılan işlər öz töhfəsini verməkdədir. Qarşıda duran əsas vəzifələrdən biri də dövlət proqramlarının tətbiqini artırmaq və boşanma sayını minumuma endirməkdir.
Ətraflı süjetdə: