Boşanmaların səbəbi xəyanət deyilmiş - Qadınlar o problemə dözmür

Boşanmaların səbəbi xəyanət deyilmiş - Qadınlar o problemə dözmür
SOSİAL
11:36 21.05.2026
292
Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur və bu məsələ cəmiyyətin ən çox müzakirə olunan sosial problemlərindən birinə çevrilib. Vaxtilə ailələri dağıdan səbəblər daha çox maddi çətinliklər hesab olunurdusa, indi münasibətlərdə sevgi, anlayış, diqqət və etibar çatışmazlığı da əsas faktorlar sırasında göstərilir. Bəzi ailələr maliyyə problemlərinə görə dağılır, bəzilərində isə tərəflər arasında qayğısızlıq, soyuqluq və xəyanət münasibətləri çıxılmaz vəziyyətə gətirir. Sosial şəbəkələrin təsiri, fərqli həyat gözləntiləri və ailədaxili anlaşılmazlıqlar da boşanmaların artmasına təsir edən səbəblər kimi qeyd olunur.

Bəs görəsən, ən çox hansı səbəblərə görə boşanmaqla bağlı hüquqşünaslara müraciət edilir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, boşanmaların kökündə əksər hallarda iqtisadi çətinliklər dayanır:

"Bu gün tez-tez eşidirik ki, boşanmaların səbəbi internetdir, telefonlardır, sosial şəbəkələrdir. Amma məncə, bunlar daha çox əvvəlcədən mövcud olan problemlərin nəticəsidir. Maddi sıxıntılar, ailədaxili gərginlik və sosial problemlər zamanla ailə bağlarını zəiflədir, sonradan isə digər məsələlər ortaya çıxır. Gənc ailələr işlə təmin olunsa, evsizlik problemi müəyyən qədər həll edilsə, aşağı faizli kreditlərdən yararlana bilsələr və həmin kreditlərin ödənişində güzəştlər tətbiq olunsa, bir çox ailə problemlərinin qarşısını almaq mümkün olar. Çünki yeni ailə quran insanlar bütün günü kredit borcunu, kirayə məsələsini, iş problemini düşünəndə bu, istər-istəməz münasibətlərə də təsir edir. Gənc ailələr daha çox ailə münasibətlərini möhkəmləndirməyə, birgə həyatlarını qurmağa fokuslanmalıdırlar”. 

O qeyd edib ki, maddi problemlər ailələrin enerjisini və düşüncəsini tamamilə başqa istiqamətə yönəldir:

"Bu da zaman keçdikcə ailədaxili münasibətlərin zəifləməsinə və nəticədə boşanmalara səbəb olur. Mənə görə, ailə problemlərinin əsas səbəblərindən biri iqtisadi çətinliklərdir. Bu problemlərin qarşısını almaq üçün dövlət və aidiyyəti qurumlar tərəfindən müxtəlif sosial proqramlar həyata keçirilə bilər. İş imkanlarının artırılması, mənzil təminatı, uzunmüddətli və əlçatan ipoteka kreditləri kimi addımlar boşanmaların sayını tam azaltmasa da, ən azından artım tempinin qarşısını ala bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı