Boşanmaq istəyən arvadına 8 güllə vurdu

DÜNYA
14:35 04.02.2013
1651

AZXEBER.COM-un verdiyi məlumata görə, gənc ailə başçısı ondan boşanmaq istəyən arvadını güllələyərək öldürüb.

Belə ki, 21 yaşlı Damla Ay əri tərəfindən döyüldüyünə görə boşanmaq üçün məhkəməyə müraciət edib. Xanım Ay həmçinin yaşadıqları evi tərk edərək anasının yanına köçüb. Dünən axşam saatlarında alış-veriş üçün mağazaya gedən Damla Ay qayıdarkən evin pilləkənlərində əri Barış Ayın hücumuna məruz qalıb. 8 güllə yarası alan gənc xanım xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Barış Ay isə polisə gedərək könüllü şəkildə təslim olub.

OXŞAR XƏBƏRLƏR