Boşanmaq istəyən ər 500 min, arvad isə 600 min tələb edir

DÜNYA
18:38 25.07.2015
1558

Rəsmi nikahda olan iki məşhur bir-birindən xəbərsiz boşanma iddiası qaldırıblar.

AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, xeyli müddətdir, bir-birilərinin ünvanına ittihamlar səsləndirən Bade İşçil və Malkoç Süalp evliliyə son qoymaq qərarına gəlib.
Maraqlıdır ki, boşanmaq üçşün məhkəməyə müraciət edən B.İşçil və M.Süalp ayrı ayrılıqda qarşı tərəfdən təzminat tələb edib. Məlumata görə, B.İşçil ərindən 600 min lirə, M.Süalp isə ondan 500 min lirə istəyir.
Bundan başqa, tərəflər Azur adlı övladlarının himayəyə götürülməsi hüququnun da ona verilməsi tələb ediblər.
B.İşçil öz ərizsəində ərinin onu daim təzyiq altında saxladığını, müntəzəm təhqir etdiyini və artıq birgə yaşayışın mümkün olmadığını göstərib.
M.Süalp isə öz ərizəsində bu iddiaları rədd edərək, B.İşçilin hədsiz qısqanclığının və aqressivliyinin ailədə münaqişələrə səbəb olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR