“Real həyatda mən sadəcə yatıb dincəlmək istəyən anayam”.
Əməkdar artist Lalə Məmmədova İnstagram-da yeni doğulmuş körpəsinin şəkillərini təqdim etdi.
AZXEBER.COM 1news.az-a istinadən bildirir ki, bu ilin yanvarında Lalə Məmmədova ikinci dəfə ana olub, o dünyaya gələn qızının adını Çinarə qoyub.
Müğənni körpəni KİV-ə göstərməyib, müğənninin pərəstişkarları dördaylıq Çinarəni yalnız İnstagram-da görüblər.
Qızını yatırmağa çalışan müğənni, İnstagram-da dərc etdiyi şəkilə “Səhnədə biz ulduzuq, real həyatda isə mən sadəcə yatıb dincəlmək istəyən anayam”, - deyə rəy yazıb.
Xatırladaq ki, müğənninin 8 yaşlı Nərgiz adında böyük qızı da var.

