"Boşanmış qadınların cəmiyyətdə söz sahibi olmaması yanlış düşüncədir" - VİDEO

"Boşanmış qadınların cəmiyyətdə söz sahibi olmaması yanlış düşüncədir" - VİDEO
MAQAZİN
10:27 25.03.2025
155
Prodüser-aparıcı Tarix Əliyev sosial media hesabından boşanmalarla bağlı bəzi millət vəkillərinin səsləndirdiyi fikirlərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Tarix Əliyev (Tolik) valideynlərinin illər öncə ayrıldığını bildirərək bununla bağlı heç zaman problem yaşamadığını deyib.
 
Aparıcı cəmiyyətdə boşanmış qadınlara olan yanaşmadan narahatlığını dilə gətirib:

"Bəzi millət vəkilləri düşünürlər ki, əgər bir insan ailəsində problem yaşayıbsa və boşanıbsa, deməli, o ailə dağıdıb. Lakin bu, doğru deyil. Məsələn, mənim anam musiqiçi, qarmon müəlliməsidir və təhsili var. Atam isə neftçi olub və onlar şəxsi xarakter uyğunsuzluğuna görə boşanıblar. Mən həm atamı, həm də anamı görürdüm, onlarla əlaqəm davam edirdi.
 
Bu gün, boşanmış qadınların cəmiyyətdə söz sahibi olmaması yanlış bir düşüncədir. Mediaturların əksəriyyəti qadınlardır və boşanmış bir qadın və ya kişinin təcrübəsi, onların cəmiyyətə necə təsir etdiyini, uşaqların inkişafına necə təsir göstərdiyini anlamaq üçün çox dəyərlidir. Boşanma hər iki tərəfin həyatında dəyişikliklər yarada bilər, amma bu, həmin şəxslərin dəyərini və cəmiyyətə qatqısını azaltmaz".
 
Aysel
OXŞAR XƏBƏRLƏR