“Bizim əsas hədəfimiz “Qəbələ” – “Qarabağ” oyununda qalib gəlib, ilk “altılıq”da yerimizi möhkəmlətməkdir”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov fevralın 10-da Premyer Liqanın 19-cu turunda keçiriləcək “Qəbələ” –“Qarabağ” oyunu ərəfəsində deyib.
O, Ağdam təmsilçisi ilə görüşdə meydana yalnız qələbə üçün çıxacaqlarını söyləyib.
R.Məmmədov komandanın oyuna tam hazır olduğunu bildirib. O, yalnız yarımmüdafiəçi Rövşən Əmiraslanovun zədəli olduğunu deyib.
R.Məmmədov komandanın həyata keçiridiyi son transferlər və orada legionerlərin çoxluq təşkil etməsi haqda da danışıb: “Qarşımızda böyük məqsədlər var. Bu gün istədiyimiz yerli futbolçuların hamısının öz klubları ilə müqaviləsi var. Boşluqda qalan oyunçular isə bizim tələblərimizə uyğun deyil. Ona görə daha çox legionerləri komandaya transfer etdik”.
Ramiz Məmmədov həmçinin bildirib ki artıq transfer pəncərisini yekunlaşmaq üzrə olduğundan yeni transferlər edilməsi nəzərdə tutulmur.//qol.az