Bosniya və Herseqovina prezidenti həbs olundu

DÜNYA
10:42 29.04.2013
1258

Məhkəmənin qərarına görə, Bosniya və Herseqovina Federasiyasının prezidenti Jivko Budimir və daha dörd məmur bir ay həbsdə qalacaqlar.

AZXEBER.COM-un BBC-yə istinadən xəbər verir ki, onlar rüşvət müqabilində məhbusları əfv etməkdə ittiham olunurlar.Cümə günü aparılan əməliyyat zamanı yerli hüquq-mühafizə orqanları ümumilikdə 20 nəfəri həbs ediblər. Məhkəmə Budimir və onun həmkarlarının azadlığa buraxılmasını məqsədəuyğun görməyib. Çünki onların ölkəni tərk etmək və ya istintaqa mane olmaları ehtimalı var.

OXŞAR XƏBƏRLƏR