Yanlış botoks həyati təhlükəsi olan "botulizm” xəstəliyinə səbəb olur.
AZXEBER.COM xəbər verir ki, nevroloqlar uyğun dozada və qaydada tətbiq edilməyən botoks tətbiqlərinin tənəffüs çatışmazlığına səbəb ola biləcək "botulizm" xəstəliyinə səbəb ola biləcəyini və bu səbəbdən reanimasiyaya alınan xəstələrlə qarşılaşdıqlarını bildiriblər.
Türkiyə Nevrologiya Dərnəyinin sədri professor Akif Topçuoğlu konqres üçün təşkil edilən mətbuat konfransında konqresdə nevrologiyanın bütün sahələrinin müzakirə edildiyini və 1400-ə yaxın nevroloqun iştirakı ilə ən böyük akademik milli fəaliyyətlərdən birini həyata keçirdiklərini açıqlayıb.
Yığıncaqda Dərnək İdarə Heyətinin üzvü, xalq arasında "botox" kimi tanınan "botulinum toksin" tətbiqlərinin nevroloji təsirləri haqqında məlumat verən Kayıhan Uluç bunları da qeyd edib:
"Botulinum toksininin yaratdığı xəstəliyə "botulizm" deyilir. Xəstəliyin yuxarıdan başlayaraq aşağıya doğru irəliləyən tipik gedişatı var. Xəstələrdə göz qapaqlarının sallanması, ikiqat görmə, bulanıq görmə, çeynəmə-udma pozğunluqları, danışıqda çətinlik, daha sonra isə tənəffüs yolları müşahidə edilə bilər”.
Gülay