Vüsalə MustafazadəBoz şəhər Nədir dərdi bu şəhərin Valideyn himayəsindən məhrum uşaqlar kimiBoynu bükük, sevgiyə möhtac duruşu. Qayğıya möhtac bu şəhərin Gözlərində sönük xatirələr var. Hər gün bir az daha rəngini itirir göylər Soyuq qış gecəsində Ulduzlar da qeybə çəkilir Hər gün bir az daha ümidlə açılan səhərlərin Sayı azalır bu şəhərdə Nədir belə boz göstərən bu şəhəri Sevgisizlikdən əziyyət çəkən insanlarmı? Gözü yolda qalan sevgilərmi? Yoxsa təklikmi? Hər gün bir az daha səbri, dözümü azalır bu şəhərinDuyğularını dəfn edib çoxdan Üstünü də bir iki göz yaşıyla örtüb, Öz dərdini içinə çəkib, Sonsuzadək susub bu şəhər. Hardan baxırsan olmur, alınmır Olmur da demək yetmir bəzən. Bütün gecələr xoşbəxt, Bütün sabahların üzü gülsün bizə deyib Bu şəhəri tərk edirik. Dərdi var bu şəhərin. Hamıdan çox, Hər şeydən ağır.