"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm"

"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm"
MAQAZİN
13:34 17.10.2017
4066
ATV-də yayımlanan "Maşın şou"nun iştirakçıları özləri haqda etiraflar edib.
 
AZXEBER.COM-un məlumatına görə, iştirakçıların etirafı böyük maraqla qarşılanıb. 
 
Aktyor İlkin Misgərli 5 il kloun işlədiyini deyib. O deyib ki, məşhur klon 3-lüyündən biri o özü olub. O şoumen Murad Dadaşovun layihələrində klon kimi iştirak etdiyini də vurğulayıb. 
 
Repçi Rauf Əhmədov çox çətinliklər çəkdiyini, evlərdə usta kimi çalışdığını və "malyar" işlədiyini deyib. Müğənni Talıb Taleh də usta olduğunu deyib. 
 
Xatun isə tibb sahəsində çalışdığını, ardınca qəzetlərin birində müxbir kimi işlədiyini deyib. 
 
Telejurnalist Vüsalə Kərimova isə 14 il prezident müxbiri olduğunu, ardınca isə Araz FM və Muz TV-nin direktoru olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR