Türkiyə Futbol Federasiyası Merih Demiralın bozqurd işarəsi göstərməsi ilə bağlı açılan müdafiə sənədini UEFA-ya göndərib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 30 səhifəlik müdafiədə bozqurd işarəsinin Anadolu, Orta Asiya və dünyanın bir çox yerlərində türk mənşəli insanların 1000 illik simvolu olduğu vurğulanıb.
Qeyd edək ki, UEFA-nın araşdırma ilə bağlı qərarını gün ərzində verəcəyi gözlənilir.
Mikayıl