Bp şirkətinin icraçı direktoru İlham Əliyevi təbrik edib

SİYASƏT
15:14 21.10.2013
1269

bp şirkətinin icraçı direktoru Robert Dadli İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:   “Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bp şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz bp şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin – neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq. Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.

OXŞAR XƏBƏRLƏR