bp və TLM yeni layihə təqdim etdi: “Azərbaycan kinosu yığcam ensiklopediya”

bp və TLM yeni layihə təqdim etdi: “Azərbaycan kinosu yığcam ensiklopediya”
SOSİAL
13:30 12.03.2026
486
bp şirkətinin dəstəyi və Təşəbbüslər və Layihələr Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış "Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898–2025)” adlı dördcildliyin təqdimat mərasimi keçirilib. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, dosent Aydın Kazımzadənin müəllifi olduğu bu fundamental nəşr Azərbaycan kinosunun yarandığı gündən bu günə qədər bütün tarixi mərhələləri əhatə etməklə, Azərbaycan Dövlət Film Fondunda qeydiyyata alınmış filmlər haqqında məlumatları sistemli şəkildə təqdim edir.

Təqdimat mərasimində bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, layihənin müəllifi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, layihənin elmi redaktoru, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, Xalq artisti Fəxrəddin Manafov, eləcə də layihənin rəhbəri, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı çıxış ediblər. Çıxışlarda Azərbaycan kinosunun zəngin tarixi, milli kino irsinin sistemli şəkildə araşdırılması və qorunmasının əhəmiyyəti, həmçinin bu kimi fundamental nəşrlərin gələcək nəsillər üçün dəyərli elmi mənbə kimi rolu vurğulanıb.

Ensiklopediyanın I və II cildlərinə 1898–2025-ci illərdə ölkəmizdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya bədii filmləri, animasiya filmləri və "Mozalan” satirik kinojurnalının bədii süjetləri daxil edilib. III və IV cildlərdə isə Azərbaycan kinematoqrafiyasının mühüm hissəsini təşkil edən sənədli filmlər haqqında geniş ensiklopedik məlumatlar təqdim olunub.

Qeyd edək ki, "Azərbaycan kinosu. Yığcam ensiklopediya” dördcildliyində ilk dəfə olaraq 2025-ci ilə qədər istehsal olunmuş filmlər vahid şəkildə toplanaraq sistemləşdirilib. Nəşrlərdə oxucular üçün həmçinin "Filmlərin əlifba göstəricisi” və "Kinorejissorların adlar göstəricisi” üzrə təsnifat aparılıb.

Ensiklopediyanın hazırlanması zamanı müəllifin şəxsi arxivində qorunan materiallardan, müxtəlif illərdə kino sahəsində çalışan şəxslərin arxivlərindən, eləcə də Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının fotosexində və Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub. Azərbaycan kinosunun 128 illik tarixini külliyyat halında əks etdirən dördcildlik hazırlanarkən filmlərimiz hesablanaraq onların təxmini sayı da müəyyənləşdirilib.
"Azərbaycan kinosu. Yığcam ensiklopediya” nəşri kino tədqiqatçıları, mədəniyyət və incəsənət sahəsində təhsil alan tələbələr və müəllimlər, həmçinin Azərbaycan kinosunun tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Layihənin ərsəyə gəlməsində həmçinin məsləhətçi Şamxal Əbilov, koordinatorlar Aliyə Səfərova və İlahə Azməmmədova, buraxılışa məsul şəxslər Sevil İsmayılova və Rafiq Kazımov, dizaynerlər Ayaz Abdulzadə və Elçin Aşurov, səhifələyicilər Ələkbər Kərimov və Gülnar Səfərova, redaktorlar Ramin Alılı, Qurban Cəbrayıl və Toğrul Rəhimli, korrektorlar Arzu Quluzadə, Nəzrin Hüseynova və Jalə Bəgəliyeva, texniki redaktorlar Sevinc Yusifova və Allahverdi Kərimov, baş redaktor Nərgiz Cabbarlı, eləcə də texniki heyətin üzvləri Kəmalə Quluzadə, Alaqöz Quliyeva və Briliyant Məmmədova iştirak ediblər.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir