“Bravo”da baş verən yanğınla bağlı -Rəsmi açıqlama

“Bravo”da baş verən yanğınla bağlı -Rəsmi açıqlama
SOSİAL
20:57 07.12.2025
515
Xəbər verdiyimiz kimi, 7 dekabr 2025-ci il, saat 18:30 radələrində Yasamal rayonu ərazisində yerləşən "Bravo" mağazasının anbar sahəsində yanğın baş verib.

"Bravo"dan AZXEBER.COM-a verilən rəsmi açıqlamaya görə, ilkin araşdırmalar nəticəsində yanğının qısaqapanma səbəbindən yarandığı müəyyən olunub. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunmuş və vəziyyət tam nəzarət altına alınmışdır. Bütün mağaza əməkdaşları və müştərilər təhlükəsiz şəkildə təxliyə olunub. 

Hazırda yanğının dəqiq səbəbləri və zərərin miqyası araşdırılır. Hadisə ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Mağaza tezliklə fəaliyyətini bərpa edərək müştərilərimizə xidmət göstərməyə davam edəcək.
OXŞAR XƏBƏRLƏR